Haqqımızda
GeoExpert Consulting MMC — geologiya, geotexniki tədqiqatlar və mühəndislik xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar konsaltinq şirkətidir.
Biz bütün layihələrimizi yüksək peşəkarlıq, dəqiqlik və məsuliyyət prinsipləri ilə həyata keçirir, müştərilərimizə etibarlı və dəqiq nəticələr təqdim edirik.
Fəaliyyət istiqamətlərimizə torpaq və geotexniki tədqiqatların aparılması, mühəndis-geoloji analizlər, tikinti və infrastruktur layihələri üçün texniki dəstək, həmçinin neft-qaz və enerji sahələrində geoloji məsləhət xidmətləri daxildir.
Peşəkar komandamız və müasir texniki avadanlıqlarımız sayəsində biz layihələrin keyfiyyətli icrasına, təhlükəsizliyə və beynəlxalq standartlara tam uyğunluğa zəmanət veririk.
Hər bir layihəyə fərdi yanaşma və məsuliyyətlə yanaşmaq GeoExpert-in əsas dəyərlərindəndir.
Məqsədimiz — Azərbaycanın və regionun mühəndislik və geologiya bazarında etibarlı tərəfdaş kimi seçilmək, müştərilərimizə innovativ və davamlı həllər təqdim etməkdir.