Hasilat-istismar əməliyyatların qiymətləndirilməsi və ətraf mühit sahələrində peşəkar xidmətlər
Şirkətimiz neft-qaz sənayesində hasilatın minimum 20% artırılması, istismar prosesinin optimallaşdırılması, qum probleminin 100% həlli, ekoloji layihələr üzrə geoelmlər, mühəndislik, əməliyyatlar üzrə məsləhət və icra xidmətlərini həyata keçirir
DAHA ətraflı
Biz — neft-qaz sektorunda hasilatın artırılması, istismar prosesinin optimallaşdırılması, effektiv tədbirlər planlarının hazırlanması və ekoloji sahələrdə fəaliyyət göstərən, istehsalın artırılması və resursların səmərəli istifadəsi üzrə ixtisaslaşmış məsləhətçi şirkətik. Şirkətimizin əsas məqsədi — müştərilərimizə elmi, təcrübi, müasir texnologiyalara əsaslanan və ekoloji cəhətdən səmərəli həllər təqdim etməklə, hasilat proseslərinin tam potensialdan istifadəsini təmin etməkdir.
Faydalı qazıntı yataqlarına dair hesabatın hazırlanması və qiymətləndirilməsi üzrə ekspert rəyinin verilməsi
2019-2020-ci illərdə Mərəh qızıl yatağında aparılmış kəşfiyyat işlərinin nəticələri üzrə hesabatın” geoloji ekspertizası əsasında yataqda qazılmış quyu məlumatlarının, kernlərin saxlanma şəraitinin, geofiziki və laboratoriya tədqiqat işlərinin yoxlanması, ekspert rəyinin verilməsi
Daima yeni və effektiv texnologiyalar axtarışındayıq.
Yeni texnologiyalarımız
Biz ən son texnologiyaları tətbiq edərək hasilatı artırırıq. Rəqəmsal alətlər və innovativ metodlar sayəsində proseslər daha dəqiq və effektiv idarə olunur.
Patentlərimiz
Şirkətimiz patentləşdirilmiş üsul və avadanlıqlar ilə unikal həllər təqdim edir, bu da həm əməliyyatların səmərəliliyini, həm də təhlükəsizliyini təmin edir.
Texnoloji sistemlərin qurulması
Müasir yanaşmalarla texnoloji sistemləri qurur, əməliyyatları optimallaşdırır və məlumatların dəqiqliyini artırırıq.
Düzgün avadanlıq seçilməsi
Yerüstü və yeraltı avadanlıqların optimal seçimi ilə xərcləri azaldır və hasilatı maksimuma çatdırırıq.
Elektrik enerjisi xərclərinin minimuma endirilməsi
Texnoloji həllərimiz ilə əməliyyatlarda enerji sərfiyyatını minimuma endirir, həm iqtisadi, həm ekoloji fayda yaradırıq
Dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq edirik